AŞPA-nın yeni prezidenti məlum oldu - (VİDEO)

  22 Yanvar 2018    Oxunub : 1112
AŞPA-nın yeni prezidenti məlum oldu - (VİDEO)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti məlum olub.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Parlament Assambleyasının bu gün başlayan qış sessiyasında İtaliya Demokrat Partiyasının üzvü, Sosial-Demokrat və Yaşıllar Qrupunun sədri Mişel Nikoletti AŞPA-nın yeni prezidenti seçilib. Nikoletti AŞPA-da 2013-cü ildən təmsil olunur.

Qeyd edək ki, ötən ilin oktyabrın 6-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib. Səbəb kimi Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib. AŞPA sədri yaz sessiyasında çıxışa başlayan kimi assambleya üzvlərinin əksəriyyəti ayağa qalxaraq onun istefasını tələb ediblər.



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: AŞPA   İtaliya