Filippin prezidenti hamını təəccübləndirdi: “Məni güllələyin...” - (VİDEO)
AzVision.az xəbər verir ki, bu barədə “Rappler.com” nəşri məlumat yayıb.
“Əgər mən müddətdən artıq hakimiyyətdə qalsam və diktator olmağa qərar versəm, məni güllələyin. Zarafat etmirəm. Əgər mən səlahiyyət müddətimi ən azı bir gün belə artırsam, Filippin Silahlı Qüvvələrindən və milli polisdən Konstitusiyaya riayət olunmasını tələb edirəm”, - deyə hərbi bazada çıxışı zamanı Duterte bəyan edib. O, bildirib ki, Konstitusiyanın qorunması ordunun “müqəddəs öhdəliyidir”.
Bununla da Duterte 2022-ci ildə səlahiyyətləri bitdikdən sonra Konstitusiyaya dəyişikliklər edərək hakimiyyətdə qalmaq niyyəti barədə yayılan şayiələrə münasibət bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az