Avropa Şurası maliyyə böhranı yaşayır - (VİDEO)

Avropa Şurası maliyyə böhranı yaşayır - (VİDEO)
  23 Yanvar 2018    Oxunub:3185
Avropa Şurası maliyyə böhranı yaşayır, Rusiya və Türkiyədən maliyyələşmənin kəsilməsinə görə, Avropa Şurası aktivliyini azaltmaq məcburiyyətindədir.

AzVision.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Turbyorn Yaqland deyib.


Baş katib etiraf edib ki, bununla əlaqədar Avropa Şurası bir sıra layihələrini dayandıracaq, həmçinin bəzi iş ştatlarının ixtisara düşməsini gözləmək olar:

“Mən təşkilatın aktivliyinə təsir etmədən xərcləri 20 milyon avro dəyərində azalda bilmərəm. Türkiyə tərəfindən ayrılan vəsaitin azaldılması bizim üçün gözlənilməz oldu və mən bu vəziyyətdən necə çıxacağımızı bilmirəm”.

Qeyd edək ki, Avropa Şurasının illik büdcəsi 450 milyon avrodur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Avropa-Şurası   Yaqlandı  





Xəbər lenti