Ayka Səsverənka, lideri də uduzanka – KARİKATURA

  23 Yanvar 2018    Oxunub : 6431
Ayka Səsverənka, lideri də uduzanka – KARİKATURA
Sosial şəbəkələrdə müxalif səhifələrdən birinin keçirdiyi sorğuda Əli Kərimli İlqar Məmmədova uduzub və bu, AXCP ilə REAL tərəfdarları arasında ciddi çəkişməyə səbəb olub.
Qaraguruhçu cəbhəçilər virtual məğlubiyyəti həzm edə bilməyib, Kərimli az "layk" yığmasına görə REAL-çılara qarşı aqressiv kampaniyaya start veriblər. İddia olunub ki, İlqar Məmmədova daha çox saxta profillərdən səs verilib, onlayn səsvermənin nəticəsi saxtadır və sair və ilaxır...

Əslində isə Kərimlinin uduzmasının çox sadə bir səbəbi var.

Bu yaxınlarda onun da, Cəmil Həsənlinin də səhifələrindən on minlərlə izləyici profil silinmişdi. Cəbhəçilər bunu ənənəvi olaraq hakimiyyətin üstünə atsalar da, səbəb aydın idi ki, bu, “Feysbuk”un saxta profillərə qarşı apardığı mübarizə çərçivəsində baş verib. “Feysbuk” administrasiyası xüsusi proqramlar vasitəsilə bütün dünyada saxta profilləri tapır və ləğv edir.
Həmin on minlərlə profil Əli Kərimlinin və Cəmil Həsənlinin təkcə səhifələrindən azalmayıb. Onlar həm də potensial “səs verən” idilər ki, indi əldən çıxıblar. Kərimlinin virtual səsvermədə uduzmasının səbəbi də məhz bundadır.

Teqlər: #Əli-Kərimli   #Saxta-profil