Malta və Kosovo millimizə rəqib oldu

  24 Yanvar 2018    Oxunub : 534
Malta və Kosovo millimizə rəqib oldu
UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkatma mərasimi keçirilir.
AzVision.az-ın məlumatına görə, tədbirdə milli komandamızın rəqibləri müəyyənləşib.

Püşkatmaya əsasən yığmamız D liqasının 3-cü qrupda Malta, Kosovo və Farer adaları ilə mübarizə aparacaq. Qrup mərhələsinin oyunları bu ilin sentyabr-noyabr aylarında keçiriləcək.

Qeyd edək ki, püşkdən öncə 55 ölkənin yığma komandaları UEFA reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüblər. Reqlamentə əsasən, A, B, C və D liqalarının qalibləri AVRO-2020-yə vəsiqə qazanacaqlar. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq "Dördlər finalı”nda müəyyənləşəcək.

D liqası

I qrup

Andoora
Qazaxıstan
Latviya
Gürcüstan

II qrup

San Marino
Moldova
Lüksemburq
Belarus

III qrup

Kosovo
Malta
Farer adaları
Azərbaycan

IV qrup

Cəbəllütariq
Lixtenşteyn
Ermənistan
Makedoniya

Kənan Məmmədov
AzVision.az

Teqlər: Milli   Kosova   Malta   UEFA