Qurbanov millinin rəqiblərini dəyərləndirdi

Qurbanov millinin rəqiblərini dəyərləndirdi
  24 Yanvar 2018    Oxunub:2114
“Xeyirli-uğurlu olsun. Hər bir komanda rəqibimiz ola bilərdi. Artıq püşk atılıb və rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq. Qarşıda xeyli vaxtımız var. Oyunlara qədər daha güclü, mehriban komanda qurmağı bacaracağımıza inanıram".
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi bildirib ki, püşkdən əvvəl komandalar arasında hansısa seçim etdiyi deyə bilməz.

"Çünki heç vaxt belə məsələlər haqda düşünməmişəm. Püşk bir lotereyadır. Artıq rəqiblərimizi tanıyırıq. Bütün diqqətimizi və işlərimizi bu istiqamətə yönəldəcəyik. Bu gün dünya futbolunda hər cür nəticələrlə qarşılaşırıq. Zəif hesab etdiyimiz milli belə güclü rəqibindən xal almağı bacarır. Millətlər Liqası ilk dəfə keçiriləcək. Hər kəsin gözü bu yarışdadır və çalışacaqlar şanslarından maksimum istifadə etsinlər. Başqa yarış olsaydı, bəlkə də indiki rəqiblərimizə qarşı oynamaq rahat olardı. Ancaq Avropa çempionatına yollanmaq baxımından, komandaların hamısı şansından sona qədər istifadə etməyə çalışacaq, mübarizə aparacaq. Biz də həmin komandalardan biriyik".

Q.Qurbanov qeyd edib ki, hər addımda rəqiblərimizə qarşı diqqətli olmalı, onları düzgün dəyərləndirməliyik:"Bu komandalardan bəziləri ilə müxtəlif vaxtlarda qarşılaşmışıq, uğurlu və ya uğursuz nəticələrimiz var. Azarkeşlərimizə milli komandanı dəstəklədiklərinə görə təşəkkür edirəm. İnanıram ki, millimizin uğur qazanması üçün yenə birləşəcəyik".

AzVision.az


Teqlər: Milli   Qurban-Qurbanov  





Xəbər lenti