Bayıl sakinlərinin taleyi necə olacaq? - FOTOLAR+VİDEO

Bayıl sakinlərinin taleyi necə olacaq? - FOTOLAR+VİDEO
  26 Yanvar 2018    Oxunub:8541
Bayıl yamacında sürüşmə təhlükəsinin artması ciddi narahatlıq doğurur. Ötən gündən başlayaraq sakinlərin köçürülməsinə başlanılıb. Sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən edilib.
80 evdən 390 nəfər köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir. Sakinlərin bir qismi 163 nömrəli məktəbə yerləşdirilib. Evlərə işıq, qaz və suyun verilməsi dayandırılıb.



Sürüşmə Bayıl sakinlərinin narahatlığına səbəb olub. Evlərindən köçürülən sakinləri harada yaşayacaqları, gələcək həyatları düşündürür.

Sakinlər evlərinin bərpa olunmasını, ya da normal şəraitə malik təhlükəsiz mənzillərlə təmin olunmalarını istəyirlər.

Qeyd edək ki, Səbail rayon İcra Hakimiyyətinin məlumatına görə, evlərindən köçürülən sakinlərə kirayə pulu veriləcək.

































Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Bayıl   Sürüşmə  





Xəbər lenti