"Neftçi" "Qarabağ"a qarşı

"Neftçi" "Qarabağ"a qarşı
  28 Sentyabr 2013    Oxunub:1263
Bu gün Topaz Premyer Liqasında 8-ci turun növbəti oyunları keçiriləcək.

İkinci oyun günündə iki qarşılaşma baş tutacaq.

"Bakı" öz meydanında "Sumqayıt"ı qəbul edəcək.

Turun ən maraqla gözlənilən oyunu da bu gün baş tutacaq. Belə ki, "Neftçi" öz meydanında əzəli rəqibi "Qarabağ"ı qəbul edəcək. Komandaların turnir cədvəlində hərəyə 14 xalla ikinci və üçüncü yerləri bölüşdürməsi bugünkü oyunun gərginliyini biraz da artıracaq.

Xatırladaq ki, ötən mövsüm komandalar dörd dəfə Premyer Liqa, iki dəfə isə kubok oyunlarında qarşılaşıb. Ağdam təmsilçisi 3 dəfə qalib gəlməklə qələbə sayında rəqibini üstələyib. İki dəfə "ağ-qaralar" qalib gəlibsə, bir oyunda heç-heçə qeydə alınıb.

Qeyd edək ki, turun qalan 2 oyunu sabah keçiriləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti