Bakının mərkəzində güclü partlayış - Yenilənib (FOTOLAR+VİDEO)

Bakının mərkəzində güclü partlayış - Yenilənib (FOTOLAR+VİDEO)
  27 Yanvar 2018    Oxunub:10552
Bu gün səhər saatlarında Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən hündür mərtəbəli yaşayış binalarının birində partlayış baş verib.

AzVision.az-ın məlumatına görə, partlayış binanın birinci mərtəbəsində kitab evində qeydə alınıb.
Hadisə nəticəsində binanın gözətçisi xəsarət alıb. O, dərhal xəstəxanaya aparılıb. İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.



Hadisə yerində olan əməkdaşımız xəbər verir ki, binanın enerji təchizatı dayandırılıb, sakinlər təxliyyə edilib.

FHN və polis əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.































Eldar Tanrıverdiyev
Foto:Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Bakı   FHN   Partlayış  





Xəbər lenti