Gürcüstanlı məktəblilər “Canlı həyat” sərgisində

Gürcüstanlı məktəblilər “Canlı həyat” sərgisində
  27 Yanvar 2018    Oxunub:2849
Gürcüstanın Marneuli rayonunun 3 saylı ictimai məktəbinin şagirdləri Tbilisidə Zurab Tsreteli adına Müasir İncəsənət Muzeyində davam edən “Canlı həyat” (Live Life) sərgisinə baş çəkiblər.
AzVision.az xəbər verir ki, “Gürcüstan Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyası”nın sədri Gültəkin Mustafayeva azərbaycanlı məktəblilərinə bildirilib ki, sərgini keçirməkdə məqsəd ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirməkdir. Belə ki, təbiətin qorunması, ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.



Sərgidə nümayiş olunan IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın 11 rəsm əsəri məktəblilər tərəfindən böyük maraqla qarşılanıb. Bundan başqa şagirdlər sərgidə nümayiş olunan azərbaycanlı rəssamlar Məryəm Ələkbərli, Aysel Heydərova, Timur Özdəmirov, Rəhim Çopurov, Fidan Novruzova, Nailə Sultanın və gürcü rəssamlar David Mçedlişvili, Oleq Timçenko, Giqa Kobidze və David Aleksidzenin rəsm əsərləri ilə tanış olublar. Onlara rəsm əsərlərinin mənası barədə ətraflı məlumat verilib. Ümumilikdə sərgi müəllim və şagirdlərdə böyük təəsürat yaradıb.



Xatırladaq ki, sərgi IDEA İctimai Birliyinin təşəbbüsü ilə açılıb. “Canlı həyat” (Live Life) adlı sərgi layihəsi London, Paris, Berlin və Moskvada da nümayiş etdirilib.




AzVision.az


Teqlər: Gürcüstan   Sərgi   Leyla-Əliyeva  





Xəbər lenti