ABŞ Rusiya rəhbərliyini sanksiya siyahısına saldı - ADLAR (VİDEO)

ABŞ Rusiya rəhbərliyini sanksiya siyahısına saldı - ADLAR (VİDEO)
  30 Yanvar 2018    Oxunub:4763
ABŞ Rusiya rəhbərliyinə yaxın olan 210 siyasətçi və məmuru “Kreml siyahısı”na daxil edib.

AzVision.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Bildirilib ki, siyahı hazırda bu şəxslərə qarşı sanksiyaların tətbiq olunması anlamına gəlmir. Sonradan sanksiya tətbiq oluna bilər.


Siyahıya yeni şəxslərin adı əlavə edilib. Onlar Rusiyanın baş naziri Dimitri Medvedev, Nazirlər Kabinetinin üzləri - xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, nəqliyyat naziri Maksim Sokolov, sənaye və ticarət naziri Denis Manturov və və rabitə naziri Nikolay Nikiforovdur.

Sanksiya siyahısında, həmçinin Rusiya Prezident Administrasiyasının bütün rəhbər heyəti yer alıb. Administrasiya rəhbəri Anton Vayno, administrasiya rəhbərinin birinci müavinləri - Aleksey Qromov və Sergey Kirienko, müavinlər - Maqemodsalam Maqomedov, Vladimir Ostrovenko, Dmitri Peskov (Rusiya Federasiyasının mətbuat katibi), prezident protokolunun rəhbəri Vladislav Kitaevin adı sanksiya tətbiq olunanlar arasındadır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   ABŞ   Sanksiya  





Xəbər lenti