40 tonluq kran gəmisi əsaslı təmir olunub
Gəminin baş və köməkçi mühərrikləri də əsaslı surətdə təmir edilib. O cümlədən, nasoslar, seperatorlar, boru sistemləri və s. yüksək keyfiyyətlə sazlanıb. Avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi dəniz sınağından keçirilib. Bütün sınaqlar uğurla başa çatıb.
Qeyd edək ki, “Atamoğlan Kərimov” kran gəmisinin uzunluğu 63,8, eni 15 metrdir. Gəmi 1520 at gücündə mühərriklə təchiz olunub və surəti 11,24 uzeldir.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kran gəmiləri dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarının təminatında əhəmiyyətli rol oynayırlar. Bu tip gəmilərə daim tələbat olduğundan, onların texniki vəziyyətinə hər zaman xüsusi diqqət yetirilir.
AzVision.az
Teqlər: Xəzər-Dəniz-Gəmiçiliyi