Azərbaycanlıların olduğu gəmi Qara dənizdə qəzaya uğradı - (VİDEO)

Azərbaycanlıların olduğu gəmi Qara dənizdə qəzaya uğradı  - (VİDEO)
  01 Fevral 2018    Oxunub:7539
Moldovaya məxsus yük gəmisinin Qara dənizdə korpusu zədələnib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, "Berq" adlı gəminin göyərtəsində 12 nəfər olub.
Məlumata görə, ekipaj üzvləri Ukrayna və Azərbaycan vətəndaşlarından ibarətdir.

Qəza ilə əlaqədar heyət evakuasiya edilib, gəmi hazırda lövbərdədir, korpusu yoxlanılır. Hadisənin başvermə səbəbi araşdırılır.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qara-dəniz   Gəmi  





Xəbər lenti