“Baku Open-2013” başa çatdı

“Baku Open-2013” başa çatdı
  29 Sentyabr 2013    Oxunub:1340
Bakıda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Baku Open-2013” Beynəlxalq şahmat festivalı keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, festivalın “A” və “B” qruplarında ölkəmizlə yanaşı, 18 ölkədən 224 şahmatçı qələbə uğrunda mübarizə aparmışdır. Onlardan 33-cü beynəlxalq qrossmeyster, 28-i beynəlxalq usta və 9-u FİDE ustasıdır.

Çempionatın “A” (güclülər) turnirində qalib adını hesabına yeddi xal yazan Rusiya şahmatçısı Pavel Smirnov qazandı. Belaruslu Sergey Zhiqalko və Rusiya şahmatçısı Aleksey Dreev 6,5 xal toplayaraq ikinci-üçüncü yerləri bölüşdürdülər. Qadınlar arasında isə ən yaxşı nəticəni həmyerlimiz Nərmin Kazımova və İran şahmatçısı Atousa Pourkaşiyan (4,5 xal) göstərib.
Yarışın “B” qrupunda isə Fariz Əhmədov və Elxan Bayramov səkkiz xal toplayaraq birinci-ikinci yerləri bölüşüb. Əlavə göstəricilərə görə Fariz Əhmədov birinci yerin sahibi olub.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilmiş turnirin ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil eib.


Teqlər:  





Xəbər lenti