Azərbaycan Qran Prisinin turnir cədvəli açıqlanıb

Azərbaycan Qran Prisinin turnir cədvəli açıqlanıb
  02 Fevral 2018    Oxunub:2355
“Formula One Group” (FOM) 2018-ci il mövsümündə Formula 1 yarışlarının turnir cədvəlini təsdiq edib.
Ötən illərin cədvəli ilə müqayisədə iki əhəmiyyətli dəyişiklik edilib. Əvvələn, bütün yürüşlər saatın tamamından 10 dəqiqə sonra start götürəcək. «Liberty Media”da hesab edirlər ki, bu 10 dəqiqə yarışa marağı, o cümlədən yayımın formatında dəyişikliklər hesabına artırmaqda teleşirkətlərə kömək edəcək.

İkincisi, Avropa mərhələ yarışlarının vaxtı həmişəki vaxtdan 1 saat sonraya keçirilib. Braziliya yürüşü də adi vaxtından bir saat sonra start götürəcək.

Digər cüzi dəyişikliklər imkan verəcək ki, yürüşlər başqa iri idman hadisələri, o cümlədən futbol üzrə dünya çempionatı ilə bir vaxta düşməsin və Qran Pri promoutorlarının istəkləri nəzərə alınsın.

Qeyd edək ki, Azərbaycan Qran Prisi aprelin 27-29-da keçiriləcək. Birinci sessiya yerli vaxtla 13:00-14:30-da, ikinci sessiya 17:00-18:30-da, üçüncü sessiya 14:00-15:00-da, təsnifat 17:00-18:00-da, yürüş 16:10-da nəzərdə tutulub.

AzVision.az


Teqlər: Formula-1   Qran-Pri   Azərbaycan  





Xəbər lenti