Azercell-in Mobil Diş Klinikası pulsuz xidmətə davam edir
Aprel və may aylarında Əhmədli qəsəbəsi SOS Uşaq Kəndində məskunlaşan 102 nəfər uşaq peşəkar stomatoloji xidmətdən yararlana bilib. İyun ayında isə həkimlər Yasamal Rayonu Əlillər Təşkilatında 47 nəfərə təmənnasız yardım ediblər. İyul, avqust və sentyabr aylarında Abşeron rayonu, "Məzun evi" sosial müəssisəsinin 139 nəfəri bu xidmətdən yararlanıb. Oktyabr ayında Nizami rayonu, Lal-kar uşaqlar üçün 3 saylı internat məktəbinə baş çəkən klinikanın həkimləri burda 35 nəfəri müayinə və müalicəyə cəlb ediblər. Sabunçu rayonu, 11 saylı inteqrasiya təlimli internat məktəbində isə həkimlər oktyabr ayında xidmət göstəriblər. İnternat məktəbində 56 nəfər müayinədən keçib.
Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar, Lənkəran, Lerik və Balakəndə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Biləsuvarda yerləşən Qaçqın düşərgəsində və internat məktəbində uşaqlara xidmət göstərib.
Qeyd edək ki, Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan Azercell Telekom MMC Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Fəaliyyət göstərdiyi bu illər ərzində minlərlə insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu təqdirdə müalicə alıb.
Teqlər: #Azercell