Bakıda rus kilsəsində yanğın olub - FOTOLAR, VİDEO

Bakıda rus kilsəsində yanğın olub - FOTOLAR, VİDEO
  05 Fevral 2018    Oxunub:6412
Bu gün səhər saatlarında Bakının Nəsimi rayonunda yerləşən “Müqəddəs Məryəm – mövlud” pravoslav kilsəsində yanğın olub.
AzVision.az xəbər verir ki, yanğın saat 07:30 radələrində kilsənin dərs keçirilən otağında və zirzəmisində qeydə alınıb.



Hadisə yerində olan Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi daxili xidmət polkovniki Əkbər Novruzov əməkdaşımıza bildirib ki, yanğın zamanı xəsarət alan olmayıb, alov təxminən 150 kvadratmetr ərazini əhatə edib. Hazırda araşdırma aparılır.









Foto,Video : Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Yanğın   Kilsə   Bakı  





Xəbər lenti