Putin azərbaycanlı milyarderlə görüşəcək

Putin azərbaycanlı milyarderlə görüşəcək
  05 Fevral 2018    Oxunub:1989
Rusiya prezidenti Vladimir Putin bu gün “Lukoyl” şirkətinin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərovla görüşəcək.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, əlavə edib ki, “Lukoyl” xeyli sayda sosial layihələr həyata keçirən ən böyük neft şirkətlərindən biridir: “Ona görə də prezident ənənəvi olaraq bu şirkətin necə inkişaf etməsinə böyük diqqət ayırır”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Putin   Vahid-Ələkbərov  





Xəbər lenti