Həmidovun evindən “TT”, “Beretta” və “Kalaşnikov” tapıldı - (VİDEO)

Həmidovun evindən “TT”, “Beretta” və “Kalaşnikov” tapıldı - (VİDEO)
  05 Fevral 2018    Oxunub:7732
Dağıstanın hökumət rəhbəri vəzifəsini icra edən Abdusamad Həmidovun evində axtarışlar aparılıb.

AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin (FTB) həyata keçirdiyi axtarışlar zamanı Həmidovun yaşadığı evdən “TT” və “Beretta” markalı tapançalar, iki "Kalaşnikov" avtomatı götürülüb.


Məlumata əsasən, Dağıstanda saxlanılan şəxslər büdcədən sosial layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar.

Qeyd edək ki, bu gün Həmidovla yanaşı onun iki müavini Federal Təhlükəsizlik Xidməti (FTB) tərəfindən saxlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Dağıstan   Baş-naziri  





Xəbər lenti