Tillerson Türkiyəyə səfər edəcək

Tillerson Türkiyəyə səfər edəcək
  06 Fevral 2018    Oxunub:1744
ABŞ-ın dövlət katibi Reks Tillerson və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Gerbert Makmaster yaxın günlərdə Türkiyəyə səfər edəcək.
"Anadolu" agentliyinin diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, Tillersonun Ankaraya səfəri növbəti həftənin ortalarında gözlənilir. Makmaster isə həftəsonu Ankaraya gedəcək.

İki ölkənin rəsmiləri hazırda onların səfəri üzərində çalışırlar.

Səfərlərin gedişində müxtəlif məsələlərin, o cümlədən Suriyada son hadisələrin müzakirə olunacağı bildirilir.

AzVision.az


Teqlər: ABŞ   Tillerson   Türkiyə   Ankara  





Xəbər lenti