Dünya çempionatının kuboku Bakıya gətirildi - FOTOLAR
Kubokun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Məqsəd futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə göstərməkdir.
Ötən ilin sentyabrında Rusiyada start götürən tur altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 min kilometr məsafə qət edən kubok səyahətini futbol üzrə 2018-ci il dünya çempionatında başa vuracaq.
Qeyd edək ki, dünya Kuboku 6,142 kq çəkiyə malikdir və qızıldan hazırlanıb. Mükafatın orijinal dizaynı 1974-cü ildə yaradılıb. 2018-ci il dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyada keçiriləcək.
Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla
AzVision.az
Teqlər: Dünya-Kuboku Bakı