Kim Çen Inın bacısı hamını təəccübləndirdi - VİDEO, FOTO

Kim Çen Inın bacısı hamını təəccübləndirdi - VİDEO, FOTO
  09 Fevral 2018    Oxunub:6874
Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen Inın bacısı Kim Yo-conqun da daxil olduğu rəsmi nümayəndə heyəti Qış Olimpiya Oyunlarının açılış mərasimi üçün Cənubi Koreyaya gedib.
AzVision.az xarici mətbuata istinadən xəbər evrir ki, bu, Şimali Koreyanı idarə edən ailə üzvünün 1950-1953-cü illər Koreya müharibəsindən sonra Cənubi Koreyaya ilk səfəridir.



Kim Çen Inın bacısı Şimali Koreya liderinin istifadə etdiyi təyyarə ilə Seula gəlib. KXDR Ali Xalq Məclisinin rəyasət heyətinin sədri Kim Yonq-namın rəhbərlik etdiyi nümayəndə heyəti Seuldan qatarla Pxençana yola düşüb. Onun Seulda Cənubi Koreya prezidenti Mun Ce-in ilə birgə nahar edəcək.



AzVision.az


Teqlər: KXDR  





Xəbər lenti