Bakıda “Berlin gecələri”

Bakıda “Berlin gecələri”
  10 Fevral 2018    Oxunub:3400
“Kapellhaus”da gətirilən "Altar" audiovizual installyasiyası təşkil olunacaq. Bu layihə məşhur fotoqraf Sven Markvardın tanınmış DJ və musiqi prodüseri Marsel Detmanla əməkdaşlığının nəticəsidir. İnstallyasiyanı Goethe-Zentrum Baku təşkil edir.
Sven Markvard Berlinin gecə həyatının məşhur şəxsiyyətlərini təsvir edən fotoqrafdır. Marsel Detmanın musiqisi Sven Markvardın şəkillərilə birlikdə sürpriz və emosiyalar arasında balans yaradaraq, sərginin ziyarətçilərinə Berlinin gecə atmosferini yaşadır.

Sərgi 24 fevral, şənbə günü, Kapellhausda (28 May küçəsi, 35) başlayacaq və martın 7-nə qədər davam edəcək.



Teqlər:





Xəbər lenti