Bu gün ilin ilk Günəş tutulması olacaq - (VİDEO)

  15 Fevral 2018    Oxunub : 5660
Bu gün ilin ilk Günəş tutulması olacaq - (VİDEO)

Bu gün 2018-ci ilin ilk Günəş tutulması hadisəsi baş verəcək.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından AzVision.az-a verilən məlumata görə, Günəş tutulması (qismən tutulma) Bakı vaxtı ilə saat 22:55-də başlayacaq. Günəş tutulması saat 00:51-də (16 fevral) maksimum səviyyədə olacaq, saat 02:47-də başa çatacaq.

Qeyd edək ki, Günəş tutulmasının davam etmə müddəti 03:51-dəqiqə olacaq. Tutulma Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.



Aytən Zəhra
AzVision.az

Teqlər: AMEA   Günəş