"Qalatasaray"lı Roberto Mançini

  30 Sentyabr 2013    Oxunub : 489
"Qalatasaray"lı Roberto Mançini
AzVision.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" yeni baş məşqçisinin adını rəsmən açıqladı
"Qalatasaray" futbol klubu italiyalı mütəxəsssis Roberto Mançini ilə razılığa gəldiyini rəsmən açıqlayıb.

R.Mançini növbəti 3 il ərzində "sarı-qırmızılılar"ın baş məşqçisi olacaq.

İtaliyalı mütəxəssisin 6 köməkçisi olacaq. Onlardan birinin "Qalatatasaray"ın əfsanəvi futbolçusu Tuqay Kərimoğlu olduğu bildirilir. Bununla bağlı T.Kərimoğluya rəsmi təklif göndərilib.
Rəsmi olaraq təsdiqlənməsə də, R.Mançini ilə müqavilənin dəyərinin 4,5 milyon avro olduğu qeyd edilir.

Teqlər: