“Çalışmalıyıq ki, seçkilər yüksək qiymətləndirilsin” - Məzahir Pənahov
Onun sözlərinə görə, Azərbaycanda Dairə Seçki Komissiyaları üçün yaradılan şərait Avropa və Asiya ölkələrindəki müvafiq strukturlar üçün nümunə ola biləcək səviyyədədir: “Azərbaycanda MSK-nın böyük nüfuzu var. Artıq 10 ildir ki, 125 DSK sədrləri rayonların icra başçılarının müavinləri statusundadır. Bu çox düzgün bir qərardır. Azərbaycanda bu sahədə işlər nümunəvi təşkil edilib. Ancaq standartlar dəyişir, hər zaman aşağı seçki komissiyalarının fəaliyyəti təkmilləşməlidir. Çalışmalıyıq ki, Azərbaycanda keçirilən seçkilər ölkədən kənarda da yüksək qiymətləndirilsin”.
MSK sədri qeyd edib: “Tək bizə yox, digər ölkələrə də qərəzli münasibət olunur. Onların daxili işlərinə qarışma cəhdləri olur. Ölkənin daxili işlərinə müdaxilə etməyin yeganə yolu isə seçkilərdir. Biz bizi istəməyənlərin də ölkəmizdə seçkilərin yüksək səviyyədə keçirilməsini qəbul etdirməliyik".
Elvin Abdulqədirov
Teqlər: MSK Məzahir-Pənahov