“Formula-1”ə ən çox bilet alan ölkələr açıqlandı

“Formula-1”ə ən çox bilet alan ölkələr açıqlandı
  15 Fevral 2018    Oxunub:1998
"Formula-1" üzrə Azərbaycan Qran-Prisi üçün Filarmoniya tribunasına olan biletlər tamamilə satılıb.
AzVision.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim ilkin mərhələdə yarışa xaricdən daha böyük marağın olduğunu bildirib:

“Bu günə olan məlumata əsasən, ən çox bilet alan ölkələr siyahısının ilk üçlüyündə müvafiq ardıcıllıqla Rusiya, Azərbaycan və Böyük Britaniya yer alır. Xaricdən alınan biletlər bu günə qədər satılmış biletlərin 75 %-ni təşkil edir. İndiyədək ən çox rəğbət tribunalara olan 4 günlük biletlərə göstərilib".

Bülənt Özərdim yarış həftəsonunda konsert proqramı ilə çıxış edəcək dünya ulduzlarının adlarının açıqlandığı ərəfələrdə satışlarda yüksək artımlar müşahidə olunmaqdadır.

"Biz ötən həftə “Jamiroquay” müsiqi qrupunun 27 aprel tarixində Kristal Zalda konsert verəcəyini elan etdik. Digər ulduzların adlarını növbəti həftələrdə açıqlayacağıq”.

Qeyd edilib ki, hazırda xaricilərlə müqayisədə yerli tamaşaçılara biletlər 25% ucuz qiymətə təklif olunur. Endirim davam edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1   Yarış  





Xəbər lenti