"Neftçi"nin prezidenti istefa verdi

"Neftçi"nin prezidenti istefa verdi
  16 Fevral 2018    Oxunub:1355
Bakının “Neftçi” futbol klubunun prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.
AzVision.az kluba istinadən xəbər verir ki, o, fevralın 16-da istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. O.Hüseynzadənin istefası qəbul olunub.

Klub rəhbərliyi Orxan Hüseynzadəyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

AzVision.az


Teqlər: Neftçi   Klub   İstefa  





Xəbər lenti