Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək
  16 Fevral 2018    Oxunub:4220
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 23-də saat 11.00-da Göyçay şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən AzVision.az-a bildiriblər ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 98 ) Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

AzVision.az


Teqlər: Əbülfəs-Qarayev   Göyçay   Qəbul  





Xəbər lenti