"Qəbələ" "Zirə"yə, "Neftçi" "Sumqayıt"a qarşı

  17 Fevral 2018    Oxunub : 596
"Qəbələ" "Zirə"yə, "Neftçi" "Sumqayıt"a qarşı
Bu gün Topaz Premyer Liqasında 16-cı tura start veriləcək.
AzVision.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq.

Turnir cədvəlində 2-ci pillədə qərarlaşan "Qəbələ" öz meydanında üçüncü yerdə olan "Zirə"ni qəbul edəcək.

Günü digər matçında isə "Sumqayıt" "Neftçi"ni qəbul edəcək.

17 fevral (şənbə)

15:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Neftçi”
Sumqayıt. Şəhər stadionu


Qeyd edək ki, sabah “Kəpəz” “Keşlə”ni, “Səbail” isə “Qarabağ”ı qəbul edəcək.

AzVision.az

Teqlər: Çemponat   Azərbaycan   Futbol