İsrail və ABŞ kosmosda raketləri ələ keçirəcək - (VİDEO)

İsrail və ABŞ kosmosda raketləri ələ keçirəcək - (VİDEO)
  19 Fevral 2018    Oxunub:5002
İsrail və ABŞ gecə saatlarında böyük fəaliyyət radiusuna malik və ballistik raketləri kosmosda ələ keçirməyə qadir “Ox-3” (Arrow-3)raket əleyhinə kompleksləri uğurla sınaqdan keçirib.

AzVision.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün 02:30 radələrində İsrail Müdafiə Nazirliyi ABŞ Müdafiə Nazirliyi ilə birgə atmosfer üzərində ballistik raketlərin ələ keçirilməsini nəzərdə tutan “Ox-3” raket əleyhinə kompleksi uğurla sınaqdan keçirib”, - deyə İsrail Müdafiə Nazirliyi öz “Twitter” səhifəsində yazıb.



Sınaqlar İsrailin mərkəzi hissəsində “Israel Aerospace Industries” konserni və İsrail Hərbi Hava Qüvvələrinin nəzarəti altında həyata keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   İsrail   Kosmos   Raket  





Xəbər lenti