Quba-Xınalıq yolunda qar uçqunu: Kəndlərlə əlaqə kəsilib - (VİDEO)

Quba-Xınalıq yolunda qar uçqunu: Kəndlərlə əlaqə kəsilib - (VİDEO)
  19 Fevral 2018    Oxunub:4442
Gecə saatlarından başlayaraq yağan aramsız qar Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub.

Xınalığın icra nümayəndəsi Nəsimi Məmmədov AzVision.az-a bildirib ki, həmin istiqamətdə kəndlərlə nəqliyyat əlaqəsi kəsilib.
“Quba-Xınalıq yolu qar uçqununa görə bağlanıb. Hazırda əraziyə texnikalar cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır. Çox güman ki, axşama kimi işlər yekunlaşacaq”.



Qeyd edək ki, ötən gündən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: Quba   Xınaqlıq   Yol   Qar   Uçqun  





Xəbər lenti