Ermənistanda böyük əməliyyat: Polis və MTX kürd terrorçuları axtarır - (VİDEO)

  19 Fevral 2018    Oxunub : 4821
Ermənistanda böyük əməliyyat: Polis və MTX kürd terrorçuları axtarır - (VİDEO)
Ermənistan polisi Milli Təhlükəsizlik Xidməti (MTX) ilə birgə paytaxt İrəvanda kürd terrorçuların axtarışına çıxıb.

AzVision.az “Aykakan Jamanak” nəşrinə istinadən xəbər verir ki, Ermənistanın güc strukturları Gümrü şəhərində də terrorçuların axtarışını həyata keçirib.
Nəşrin məlumatına əsasən, İrəvanda oxuyan erməni və kürd tələbələr hüquq-mühafizə orqanlarına çağırılıb, sorğu-sual edilir.



Qeyd edək ki, ötən həftə “Aykakan Jamanak” nəşri PKK terrorçularının Türkiyədən Ermənistana qaçdığını yazmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Ermənistan   Polis   PKK   Kürd