Erməni qadın deputat xalqı Sarkisyana qarşı qaldırır
AzVision.az “news.am”-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı müxalif “Çıxış” blokunun deputatı Mane Tandilyan bildirib.
Deputat qeyd edib ki, hakimiyyət qanunun aliliyinin təmin olunacağına dair verdiyi sözü yerinə yetirmir: “Baş nazirin səlahiyyətlərinin genişləndirilməsi parlament idarə formasına keçid anlamına gəlmir”.
Tandilyanın sözlərinə görə, Sarkisyanın hökumət rəhbəri postuna seçilməməsi üçün xalq qəti şəkildə öz iradəsini göstərməlidir: Lakin bunun hansı yollarla ediləcəyi və nə qədər həyata keçiriləcəyi sual altındadır. Çünki seçki məntəqələrində bu baş vermədi. Hazırda biz təsir yolları və mexanizmlərini müzakirə edirik. Baş verəcək istənilən proseslərə baxmayaraq, “Çıxış” bloku xalqı dəstəkləməyə davam edəcək”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Ermənistan Sarkisyan Deputat