Rusiyada Azərbaycan güləş məktəbinin yetirməsinin şərəfinə beynəlxalq turnir keçirilib

Rusiyada Azərbaycan güləş məktəbinin yetirməsinin şərəfinə beynəlxalq turnir keçirilib
  20 Fevral 2018    Oxunub:1595
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan güləş məktəbinin yetirməsi Heydər Məmmədəliyevin şərəfinə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.
Yubiley xarakterli turnirə Azərbaycan Güləş Federasiyası (AGF) adından yunan-Roma güləşi üzrə yığma komandanın məşqçiləri Rövşən Bayramov və İlqar Abdulov, həmçinin Avropa çempionu Vitali Rəhimov qonaq qismində qatılıb.

Rəsmi açılış mərasimində çıxış edən İ.Abdulov AGF prezidenti və Azərbaycan güləş ictimaiyyəti adından səbəbkarı təbrik edib, ona uzun ömür, can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Yekaterinburq şəhərində Azərbaycanın diaspor fəaliyyətinin həyata keçirilməsində, Azərbaycan güləşçilərinin nailiyyətlərinin təbliğində uzunmüddətli və peşəkar fəaliyyətinə, yeniyetmə və gənc nəslin güləşə marağının artırılmasındakı xidmətlərinə görə Heydər Məmmədəliyev AGF-nin Fəxri Diplomu ilə təltif olunub, ona xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, H.Məmmədəliyev dəfələrlə Azərbaycan və Rusiya çempionu, Rusiya yığmasının tərkibində olimpiya mükafatçısı (2004) və dünya çempionu (2002) olub.


Teqlər:





Xəbər lenti