Xarici ölkələrdə Xocalıya aid tədbirlər keçiriləcək
Sonra deputatlar Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər. Burada onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin və Bağçılar Bələdiyyəsinin dəstəyi ilə salınmış Azərbaycan Dostluq Parkının açılış mərasimlərində iştirak edəcəklər. İstanbulda keçiriləcək tədbirlərə deputat Hikmət Məmmədov da qatılacaq.
Eyni zamanda Milli Məclisin deputatı Cavanşir Feyziyev Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimlərində iştirak etmək üçün fevralın 22-də Böyük Britaniyanın paytaxtı London şəhərinə səfər edəcək.
Tədbirlərdə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı dəstələri tərəfindən amansızcasına qətlə yetirilmiş dinc insanların xatirəsi anılacaq, Xocalıda baş vermiş faciənin tarixi və ağır nəticələri barədə məlumat veriləcək, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılacaq. Xocalı qətliamını əks etdirən sənədlər ictimaiyyətin diqqətinə çatdırılacaq.
Cavanşir Feyziyev, eyni zamanda, İrlandiya parlamentində bir sıra görüşlər keçirəcək, buradakı həmkarları ilə qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparacaq.
AzVision.az