Bakıda I sinfə qəbul başlayıb - (VİDEO)

  22 Fevral 2018    Oxunub : 1391
Bakıda I sinfə qəbul başlayıb - (VİDEO)
Bu gündən 2018-2019-cu dərs ili üzrə Bakı məktəblərinin I sinfinə elektron sistem vasitəsilə şagird qəbulu başlayıb.
AzVision.azxəbər verir ki, sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.



Yeni tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulub. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Martın 12-də isə Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda I sinifə elektron sistem vasitəsilə şagird qəbuluna start veriləcək.

Qeyd edək ki, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

AzVision.az

Teqlər: Təhsil-Nazirliyi   Məktəb   Şagird