Magistraturaya qəbul imtahanı keçiriləcək - (VİDEO)

Magistraturaya qəbul imtahanı keçiriləcək - (VİDEO)
  22 Fevral 2018    Oxunub:2605
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 25-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək.


DİM-dən AzVision.az-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda–saat 13:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcəkdir.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti