Sağ qalan Milli Qəhrəmanlarımız - ADLAR

Sağ qalan Milli Qəhrəmanlarımız - ADLAR
  22 Fevral 2018    Oxunub:128481
Ölkəmizdə Milli Qəhrəman adı verilmiş şəxslərin sayı 215 nəfərdir. Onlardan yalnız 17 nəfəri sağdır. Milli Qəhrəman adı almış şəxslərin bəziləri hazırda ordu sıralarında və hüquq-mühafizə orqanlarında xidmət edir.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, ölkənin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.

Milli Qəhrəman adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Azərbaycanın Milli Qəhrəmanına xüsusi fərqlənmə nişanı — səkkizguşəli “Qızıl Ulduz” medalı təqdim edilir. Bu ad eyni şəxsə bir dəfə verilir.

Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. Bu adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər.

AzVision.az sağ Milli Qəhrəmanların siyahısını təqdim edir:

Abdullayev Maşallah Babakişi oğlu

Allahverdiyev Bəxtiyar Əzizulla oğlu

Atakişiyev İntiqam Vahid oğlu

Cəbrayılov Fəxrəddin Mövsüm oğlu

Həsənov Məhəmməd Ələsgər oğlu

Mədətov Fariz Əlövsət oğlu

Məmmədov Mövsüm Şahin oğlu

Məmmədov Sahil Ələmdar oğlu

Quliyev Mirzə Məcid oğlu

Quliyev Mədət Qəzənfər oğlu

Quliyev Vahid Həbibulla oğlu

Quliyev Zabit Adil oğlu

Qəhrəmanov Fariz Çoban oğlu

Tağıyev Şahin Talıb oğlu

Əkbərov Rövşən Telman oğlu

Əliyev Ehtiram İsrayıl oğlu

Həmidov Şükür Nəriman oğlu

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Qəhrəman   Azərbaycan  





Xəbər lenti