Mancininin ilk transferi

Mancininin ilk transferi
  01 Oktyabr 2013    Oxunub:1309
"Qalatasaray" klubunun yeni baş məşqçisi Roberto Mancini transfer etmək istədiyi ilk futbolçunun adını açıqlayıb.
AzVision.az xəbər verir ki, məlumata görə, italiyalı mütəxəssis qışda "Lokomotiv" (Moskva) klubunun hücumçusu Dame NDoyeni transfer etmək niyyətindədir.

"Cim Bom" seneqallı futbolçunun keçidi üçün 8 milyon avro ödəməyə hazırdır. Moskva təmsilçisi isə 28 yaşlı futbolçunu satmaq niyyətində deyil. Lakin "Qalatasaray"ın yüksək məbləğ təklif edəcəyi təqdirdə NDoyenin komandadan ayrılacağı istisna olunmur.

Qeyd edək ki, NDoye "Lokomotiv"in heyətində keçirdiyi 34 oyunda 14 dəfə rəqib qapılarına yol tapıb.



Teqlər:  





Xəbər lenti