Güləşçilərimiz erməni rəqiblərini məğlub etdilər - FOTOLAR
25 Fevral 2018
Oxunub:8446
Azərbaycan idmançıları Kiyevdə keçirilən Yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.
Turnirin ikinci günündə güləşçimiz İslam Abbasov yarımfinal görüşündə ötən ilin dünya çempionu olan erməni güləşçini 9:6 hesabı ilə məğlub edərək finala yüksəlib.
Yunan-Roma güləşi üzrə 82 kq çəkidə yarışan digər idmançımız Elvin Mürsəliyev də erməni rəqibini məğlub edərək turnirin bürünc medalını qazanıb.