“Avro-2020”nin mükafat fondu açıqlanıb
Fransada keçirilmiş “Avro-2016”nın mükafat fondu 301 milyon avro olub. Növbəti qitə çempionatı üçün bu məbləğ 70 milyon avro artırılıb.
Qeyd edək ki, “Avro-2020” qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münxen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakıda “A” qrupunun üç oyunu ilə yanaşı, dörddəbir final matçlarından biri keçiriləcək.
AzVision.az
Teqlər: UEFA