Bu ölkədə saqqal, qısa şalvar və hicab qadağan olunur - (VİDEO)

Bu ölkədə saqqal, qısa şalvar və hicab qadağan olunur - (VİDEO)
  28 Fevral 2018    Oxunub:9692
Qazaxıstanda din haqqında qanuna dəyişikliklərin edilməsi planlaşdırılır. Yeni dəyişikliklərə əsasən, məscidlərdən kənarda dini çağırışlar, həmçinin destruktiv dini cərəyanların atributlarının (saqqal, qısa şalvar, hicab, niqab və s.) istifadəsinə görə pul cəzası tətbiq olunacaq.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən saqqal saxlamağa görə cəza 8, hicaba görə 40, niqaba görə isə 370 dollar olacaq. Digər dini nümayəndələrin inancını təhqir edən dini təbliğat olduğu təqdirdə ilk cərimə 370, bu hal təkrarlanacağı halda isə 740 dollar olacaq.



Qeyd edək ki, iki il əvvəl Qazaxıstan hökuməti məktəbli formasına müxtəlif dini konfessiyaların elementlərinin daxil edilməsinin qadağan olunması haqqında qərar qəbul edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qazaxıstan   Din   Saqqal   Hicab  





Xəbər lenti