240 min təhsil işçisinin maaşı artırılıb - (VİDEO)

240 min təhsil işçisinin maaşı artırılıb - (VİDEO)
  01 Mart 2018    Oxunub:3098
Prezident İlham Əliyevin 28 fevral 2018-ci il tarixli sərəncamı 240 min təhsil işçisinə şamil edilir.

Bu barədə AzVision.az-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Bu artım orta hesabla 240 min təhsil işçisinə şamil edilir.



AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Maaş  





Xəbər lenti