Komissiyanın fəaliyyət planı təsdiqlənib

Komissiyanın fəaliyyət planı təsdiqlənib
  02 Mart 2018    Oxunub:1192
Azərbaycan Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilib.
Fonddan AzVision.az-a verilən məlumata görə, iclas zamanı maraqlı tərəflərin iştirakı ilə Komissiyanın 2018-ci il üçün fəaliyyət planı təsdiq edilib.

İclas iştirakçıları 2017-ci il üzrə HSŞ hesabatlılığı prosesi ətrafında müvafiq müzakirələr apararaq prosesə başlanılması ilə bağlı qərar qəbul edib.

AzVision.az


Teqlər: Fond   Komissiya  





Xəbər lenti