Sumqayıtda ailə faciəsi: 6 nəfər dəm qazından ölüb (VİDEO)

Sumqayıtda ailə faciəsi: 6 nəfər dəm qazından ölüb (VİDEO)
  05 Mart 2018    Oxunub:8722
Sumqayıtda altı nəfər dəm qazı zəhərlənməsindən həlak olub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hadisə martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11 ünvanında qeydə alınıb.

Sumqayıt Şəhər Prokurorluğuna daxil olan məlumat əsasında dərhal şəhər prokurorluğunun əməkdaşları və məhkəmə-tibb eskpertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib və altı meyit aşkarlanıb. Araşdırmalarla ölən şəxslərin həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Kamal oğlu, 1965-ci il təvəllüdlü Hüseynova Yeganə Yolçu qızı, 1987-ci il təvəllüdlü Hüseynova Sara Rafiq qızı, 2009-cu il təvəllüdlü Abbasov Fərid Qüdrət oğlu, 2010-cu il təvəllüdlü Abbasova Zenfira Qüdrət qızı və 2012-ci il təvəllüdlü Abbasova Yeganə Qüdrət qızı olduqları müəyyənləşib.



Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə görə onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunduğundan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, istintaq aparılır.

AzVision.az


Teqlər: Sumqayıt   Baş-Prokurorluq  





Xəbər lenti