"Formula 1"ə hazırlıqla bağlı işlərin 70 faizi görülüb - Nazir

"Formula 1"ə hazırlıqla bağlı işlərin 70 faizi görülüb - Nazir
  05 Mart 2018    Oxunub:1575
“Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq işlərinin 70 faizi tamamlanıb”.
AzVision.azxəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, görülən işlərdə heç bir gecikmə və problem yoxdur.

"Ötən illə müqayisədə bu il elə də böyük dəyişiklik gözlənilmir. Yalnız əyləncə proqramında yenilik olacaq. Belə ki, bildiyiniz kimi, bu il "Formula 1" yarışı apreldə keçiriləcək və hava şəraiti ilə əlaqədar olaraq konsert proqramı Bakı bulvarında deyil, "Baku Crystal Hall"da təşkil ediləcək".

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran-Prisi bu il aprelin 27-29-da keçiriləcək.

AzVision.az


Teqlər: Formula-1   Azad-Rəhimov   Qran-Pri  





Xəbər lenti