AFFA “Neftçi” və “Qəbələ”ni cərimələyib

AFFA “Neftçi” və “Qəbələ”ni cərimələyib
  06 Mart 2018    Oxunub:1307
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.

“Qəbələ” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 800 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Yusif Nəbiyev 1 matçlıq kənarlaşdırılıb. Futbolçusunun cəzalanması “Qəbələ”nin 200 manat cərimələnməsi ilə nəticələnib.

AzVision.az


Teqlər: AFFA   Cərimə   Neftçi  





Xəbər lenti