ABŞ Səfirliyi autizm və uşaqların inkişafı üzrə məruzələr təşkil edir
Dr. Lonqun növbəti ictimai məruzəsi 6 mart tarixində Baki Dövlət Universitetində "İnkişaf Pozğunluqları" mövzusunda keçirilib və erkən uşaqlıq dövründə müəyyən edilən ümumi inkişaf poşğunluqları və əlil uşaqlara, onların ailələrinə xidmət göstərilməsinə dair ümumi bir baxış təqdim edildi . Məruzə inkluziv, ailə yönümlü, cəmiyyətə əsaslanan xidmət və dəstəyi vurğuladı.
Tobi Lonq, Corctaun Universitetinin Pediatriya kafedrasının professoru və Uşaq və İnsan İnkişafı Mərkəzinin Tədris Direktorudır. O həmçinin Corctaun Universitetinin təqdim etdiyi Erkən Müdaxilədə Məzun Sertifikat proqramının da direktorudur. Dr. Tobi Lonq hazırkı səfərini tamamladıqdan sonra may ayında Bakı Tibb və Pedaqoji Universitetlərdə yerli həmkarlarılə işləmək üçün Bakıya qayıdacaq.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: ABŞ