Martın 7-də AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, “Bulvar otel”də təşkil ediləcək tədbirdə FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə kuratoru Byorn Vassallo, UEFA-nın İcraiyyə komitəsinin üzvü Con Deleyni və UEFA-nın Milli Assosiayaların İnkişafı üzrə şöbəsinin rəhbəri Tyerri Favre iştirak edəcəklər.